Verona

Verona
Verona
Veròna
Bayraq Gerb
Bayraq Gerb
45°26′19″ şm. e. 10°59′34″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub təq. e.ə. 550
Sahəsi
  • 198,92 ± 0,01 km² (9 oktyabr 2011)[1]
Mərkəzin hündürlüyü 59 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 255.588 nəf. (1 yanvar 2023)[2]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 045
Poçt indeksi 37100, 37121–37142
Nəqliyyat kodu VR
Digər
comune.verona.it
Xəritəni göstər/gizlə
Verona xəritədə
Verona
Verona
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Verona — (ven. Veròna‎) İtaliyanın Veneto regionunda Adice çayı sahilində 258.031 əhalisi olan şəhərdir.[3] Regionun və şimal-şərqi İtaliyanın ən böyük şəhər bələdiyyəsidir, yeddi əyalətindən biri olan Verona əyalətinin paytaxtıdır. Verona şəhər aqromerasiyası 1426 km² ərazini əhatə edir və əhalisi 714,310 nəfərdir. Mədəni, tarixi və memarlıq irsi, yarmarka və şouları, həmçinin qədim Roma amfiteatrı olan Arenada təşkil edilən opera sezonları bu şəhəri Şimali İtaliyanın əsas turistik yerlərindən birinə çevirib.

13-14-cü əsrlər arasında şəhər della Skala ailəsi tərəfindən idarə olunurdu. Ailənin, xüsusən də I Kanqrande della Skalanın hakimiyyəti altında şəhər böyük tərəqqi yaşadı, zəngin və qüdrətli oldu və yeni divarlarla əhatə olundu.[4] Verona ətrafında çoxsaylı abidələrdə della Skala dövrü qorunub saxlanılır.

Uilyam Şekspirin iki pyesi Veronada cərəyan edir: Romeo və Cülyettaİki veronalı əsilzadə. Şekspirin nə vaxtsa Verona və ya İtaliyaya getdiyi məlum deyil, lakin onun pyesləri Verona və ətraf şəhərlərə çoxlu ziyarətçi cəlb edib. Verona həm də ilk böyük qadın humanistİntibah dövrünün ən mühüm humanistlərindən biri olduğu deyilən İzotta Noqarolanın doğulduğu yerdir.[5] 2000-ci ilin noyabrında şəhər strukturuna və memarlığına görə YUNESKO tərəfindən Ümumdünya irsi obyekti elan edilmişdir.

Şəhərdə 2026 Qış Olimpiya Oyunlarının bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.

  1. Superficie di Comuni Province e Regioni italiane al 9 ottobre 2011. Italian National Institute of Statistics.
  2. https://demo.istat.it/?l=it.
  3. "Verona Guide". verona.com. 2009-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 dekabr 2021.
  4. "Verona city – Tourism". www.turismoverona.eu. 2023-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2020.
  5. "Isotta Nogarola". Encyclopedia.com. 2019-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2020.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search